Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatın dəstək olaraq “Yürüyün, əsgər!” adlı xüsusi mahnı ifa edib.
QAZİLER.AZ saytı ifaçıya istinadən xəbər verir ki, mahnının sözləri ölməz Azərbaycan şairi Əhməd Cavadın, musiqisi isə Ş.Əlizamanlının özünə məxsusdur. Orenjeman Fərahim Sadiqə məxsusdur.Onun ifası bu gün Türkiyənin nüfuzlu “A haber” kanalında yayımlanıb.
İfaçının saytımıza verdiyi məlumata görə, Əhməd Cavad bu şeiri 1918-ci ildə Azərbaycanı xilasa gələn Qafqaz İslam ordusunun şərəfinə yazıb.
Bir müddət əvvəl isə Ş.Əlizamanlının ifa etdiyi “Tanrı Türkə yar olsun!” mahnısı Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın reklam çarxında istifadə edilərək qardaş ölkənin televiziya kanallarında, internet resurslarında geniş yayımlandı. Bu mahnının sözləri isə şair Nizami Saraclıya aiddir.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı “Zeytun budağı” adlı əməliyyata başlayıb. Və Türkiyə Silahlı Qüvvələri terrorçulara böyük zərbələr vurmaqdadır.
QAZİLER.AZ