Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Qanlı Yanvar” filminin nümayişi keçirilib.
Filmdən öncə ADİU-nun rektoru, professor Ədalət Muradov ANS şirkətlər qrupunun rəhbəri, “Qanlı yanvar” filminin rejissoru Vahid Mustafayevə öz təşəkkürünü bildirib. 20 Yanvarın Azərbaycan xalqının müstəqillik tarixində silinməz iz qoyduğunu deyən rektor əlavə edib ki, belə filimlərin nümayişi gənc nəsildə vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir.Universitetdn Qaziler.az-a verilən məlumata görə, Vahid Mustafayev “Qanlı yanvar” filminin ADİU-da nümayişindən məmnunluğunu bildirərək filmin necə ərsəyə gəlməsindən danışıb. Bildirib ki, Azərbaycan xalqının qəhrəmanları çoxdur. Lakin biz 20 Yanvar şəhidləri haqqında gənc nəsil arasında sorğu keçirəndə təəssüf ki, bizə doğru-düzgün cavab verə bilən olmadı. Bu zaman düşündük ki, belə filmlər olmalıdır ki, xalq qəhrəmanlarını tanısın.
Sonda filmdə çəkilən aktyorlar səhnəyə dəvət edilərək tamaşaçılara təqdim ediliblər. Rektor Ə.Muradov V.Mustafayevə ADİU-nun “Vətənpərvərlik mövzusunun təbliğindəki xidmətlərinə və yüksək peşəkarlığına görə” diplomunu təqdim edib.