İngiltərənin paytaxtı Londonda tabletlərdə çəkilən rəsmlərin sərgisi keçirilib.
Axar.az xəbər verir ki, küçə rəssamlarının da olduğu sərgidə 11 sənətçinin əsəri nümayiş etdirilib. Maykrasoftun (“Microsoft”) yeni tabletlərində çəkilən rəsmlərdə pop-art tərzi diqqət çəkib. Hər tablet alan müştəriyə bir sənət əsəri hədiyyə edilib.Qeyd edək ki, mayın 7-i başlayan sərgi bu gün başa çatacaq.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
