“Bacım dörd divarın arasındadır. Deyirəm ki, bülbülüm qəfəsdədir. Əgər günahı varsa, cəzasını çəkməlidir. Yoxdursa, istintaq bitəndə yəqin azadlığa buraxılacaq”.
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni İlahə Fəda “Xəzər maqazin”ə açıqlamasında deyib.Həbsdə olan müğənni bacısı Fədayə laçından danışan sənətçi onun son durumunu açıqlayıb. İlahə onlara kömək edən sənət adamlarının adını açıqlayıb:
“Vəziyyəti çox peşmandır. Bacımın təmiz ürəyindən istifadə etdilər. Lalə Məmmədova, Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, Ədalət Şükürov, Ehtiram Hüseynov, Manaf Ağayev, Nadir Qafarzadə həm maddi, həm də mənəvi bizə dəstək olurlar”