SSRI xalq artisti Rauf Hacıyevin ikihissəli “Talelər qovuşanda” operettasının növbəti nümayişi milli vokal sənətinin tanınmış nümayəndələrindən biri, Azərbaycan Respublikasının xalq artisti, mərhum aktyor Elxan Əhədzadənin 70 illik yubileyinə həsr olunub.
Dövlət Musiqili Teatrının Mətbuat xidmətindən Qaziler.az-a bildirilib ki, tamaşadan əvvəlteatrın ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı çıxış edərəkgörkəmli aktyorun həyat və yaradıcılığı haqqında məlumat verib. O, özünəməxsus ifa tərzi olan sənətkarın canlandırdığı obrazların hər zaman tamaşaçılar tərəfindən sevildiyini, böyük maraq və rəğbətlə qarşılandığını vurğulayıb."Elxan Əhədzadə uzun müddət Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib, müxtəlif səhnə əsərlərində bir-birindən maraqlı obrazlar yaradıb, əksər dövlət tədbirlərində öz ifası ilə yaddaşlarda iz qoyub. Bu gün baxacağımız tamaşada bir vaxtlar o, Əli obrazında çıxış edib. Elxan Əhədzadənin işıqlı xatirəsi daim bizim qəlbimizdə yaşayacaq”, - deyə T. Pənahqızı bildirib.
30 ildən çox Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərmiş Elxan Əhadzadə bu teatrın səhnəsində İmre Kalmanın "Nümunəvi qaraçı" operettasında Pali Rac, Frans Leqarın "Şən dul qadın" operettasında Qraf Danil, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” İntiligent Həsən, Sərdar Fərəcov, Əli Əmirlinin "Səhnədə məhəbbət" operettasında Rüstəm, Sərdar Fərəcov, Rəşad Nuri Güntəkinin “Bir günlük siğə” əsərində Şərif, Rauf Hacıyevin ”Talelər qovuşanda” tamaşasında Əli, Qara Qarayevin "Çılğın Qaskoniyalı" əsərindəSirano De-Berjerak və s.bir çox yaddaqalan obrazlar yaradıb, rolları yüksək sənətkarlıqla ifa etmişdir. Görkəmli aktyor həmçinin “Çətirimiz buludlardır”, ”Üzü küləyə”, “Bəylik dərsi”, ”Babək”, “Ordan-burdan”, ”Həyat bizi sınayır” filmlərinə çəkilib.
Elxan Əhədzadə 2010-cu ilin oktybrında 62 yaşında vəfat edib. O, təkcə professional aktyor kimi deyil, həm də peşakar müğənni kimi popularlaşmışdı.