“Cocuqlar Duymasın” serialının “Zero Tuna”sı - Volkan Severcan Azərbaycan Dövlət Musiqili Teatrının qonağı olub.
Teatrın mətbuat xidmətindən Qazier.az-a bildirilib ki, aktyor sənət ocağının direktor müavini Hüseyn Hüseynovla görüşüb.Aktyor teatrda yaradılmış şəraitin yüksək səviyyədə olduğunu bildirib:
“Əslində, məndə bu teatrı ziyarət etmək istəyini həmkarım, ünlü sənətçi Tamer Qaradağlı yaratdı. O, keçən il bu sənət məbədini görəndən sonra mənə də Bakıya səfər edəcəyim zaman yolumu mütləq Musiqili Teatrdan salmağımı tövsiyə etdi. Həqiqətən, Musiqili Teatr bir çox cəhətlərinə görə digər xarici ölkələrdəki teatrları ilə müqayisə oluna biləcək səviyyədə geniş yaradıcı və texniki imkanlara malikdir. Mən də, neçə illərdir teatr sahəsində çalışan bir insan kimi arzu edirəm ki, bu əsrarəngiz səhnədə həm rejissor, həm də aktyor kimi bacarığımı nümayiş etdirə bilim. Buralar mənə çox əzizdir, özümü sanki, doğma vətəndə hiss etdim”.