Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - Video

Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - Video backend

Azərbaycanlı çoban Pərvin Səfərov “O səs Türkiyə” mahnı müsabiqəsinin ikinci turunda “Yorğun illərim” adlı mahnı ilə çıxış edib.

Modern.az xəbər verir ki, Murad Bozun komandasında olan iştirakçımız 3 nəfər arasından növbəti tura keçməyi bacarıb.

Bu barədə Kult.az-a danışan ifaçı növbəti tura keçdiyinə görə həm çox sevindiyini, həm də təəccübləndiyini bildirib: “Əslində növbəti tura keçəcəyimi gözləmirdim. Bu tura xüsusi hazırlaşsam da, səhnədə yenə də istədiyim performansı göstərə bilmədim. Həm də bu turda əvvəlkindən fərqli olaraq səhnəyə iki rəqiblə çıxmışdım. Murad bəy məni yox, onlardan birini də seçə bilərdi. Seçim anında inanılmaz həyəcanlı idim. Gözlərimi yumub gözləyirdim ki, həyəcanımı üstələyə bilim”.

Qeyd edək ki, Pərvin Səfərov bir müddət əvvəl sosial şəbəkələrdə yayılan bir ifasından sonra məşhurlaşmış və “O səs Türkiyə” mahnı müsabiqəsinə dəvət almışdı.

Diaspora