Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar repertuar dəyişdirilib.
Moderator.az mərkəzin mətbuat xidmətinin rəhbəri Arzu Əhədovaya istinadən xəbər verir ki, kinoteatrda nümayişdə olan filmlər yığışdırılıb. Sabah saat 15:00-da "Nabat" nümayiş olunacaq. Filmin nümayişi pulsuzdur.Qeyd edək ki, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilən "Nabat" filmi Qarabağ müharibəsindən bəhs edir. Filmin quruluşçu rejissoru Elçin Musaoğludur