“Vəziyyətimiz ağırdır, Manaf düz deyir” – Fədayənin bacısı

“Vəziyyətimiz ağırdır, Manaf düz deyir” – Fədayənin bacısı backend

"Həbsdə olan müğənni Fədayə Laçının ailəsi pis vəziyyətdədir. İşıqlarını kəsiblər, kirayə qaldıqları evdən çıxardırlar”.

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Hər şey daxil” verilişində deyib.

O, müğənninin ailəsinə dəstək olduğunu da vurğulayıb: “Burada yeri deyil, amma dözməyib danışıram. Axşam 2-yə kimi Fədayəgildə olmuşam. İşıqlarını kəsiblər, kirayə qaldıqları evdən çıxardırlar. Pulları yoxdur. İşıq pulunu ödəyə bilmirlər. Bir elli kimi onlara getmişəm, hamısını yoluna qoyub gəlmişəm. O, mənim sənət yoldaşımdır”.

Məsələ ilə bağlı musavat.com müğənnin bacısı İlahə Fəda ilə əlaqə saxlayıb. O, bildirib ki, vəziyyətləri ağırdır: “Manaf nə deyibsə, düz deyib. Vəziyyətimiz ağırdır. Hazırda elə yerdəyəm ki, ətraflı danışa bilmirəm. Daha sonra əlaqə saxlayın, danışaq. Bir onu deyə bilərəm ki, Manaf dediyi kimi çətin vəziyyətdəyik”.

Qeyd edək ki, Fədayə Laçın Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmiryolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Noyabrın 2-də isə “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov atışma zamanı öldürülüb.
Diaspora