Azərbaycanlı iştirakçı "O səs Türkiyə"də sevdiyi qız üçün ağladı - video

Azərbaycanlı iştirakçı "O səs Türkiyə"də sevdiyi qız üçün ağladı - video backend

"O səs Türkiyə"nin ikinci turundan növbəti buraxılışı yayımlanıb.

Axşam.az-ın məlumatına görə, Hadisənin komandasında olan həmyerlimiz Ozan Əhmədov Çingiz Kurtoğlunun repertuarından "Duyanlara Duymayanlara" mahnısını səsləndirib.

Onun ifası hər kəsin xoşuna gəlib, hətta tamaşaçılar ifanı bir daha eşitmək istəyib.

Hadisə ifaçının mahnını ürəkdən oxumasının və gözlərinin dolmasının səbəbini soruşub.

Ozan da kövrələrək bildirib ki, illərdir sevdiyi qızın bu yaxınlarda toyu olacaq.

“İllər öncə bir qızı sevmişəm. 10 ildir görmürəm. Adı Nərminə idi. Yaxında toyu olacaq. Mən onu hələ də qəlbimdə sevirəm", - deyərək ağlayıb.

Həmyerlimizin hekayəsi Hadisəni şoka salıb və o, növbəti tura Ozanla davam etmək istədiyini söyləyib.

Əhmədov tamaşaçıların xahişi ilə mahnını yenidən səsləndirib.

Xatırladaq ki, O.Əhmədov ötən il də yarışmada iştirak edib. Hadisənin komandasında olan gənc ifaçı finala qədər gedə bilməyib.

Qeyd edək ki, bu dəfəki müsabiqədə həmyerlimiz “Gipsy Kings” qrupunun “Bamboleo” mahnısını səsləndirmişdi. “Qazaxa gəl, Səməd Vurğun ocağına gəl” sözləri ilə ifasına başlayan Ozana Yıldız Tilbe və Hadisə dönsə də, azərbaycanlı iştirakçı yarışmaya Hadisə ilə davam etmişdi.



Diaspora