“Musiqi canına elə hopüb ki, danışığını da bilmir. Aygün nə ixtiyarla durub deyir ki, mən sənətkaram”.
Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Ceyran Haşımova “Sayqa ilə bu axşam” verilişində deyib.Əməkdar artist Aygün Bəylərlə Röya Ayxan qalmaqalına münasibət bildirən Haşımova xanəndəni günahkar hesab etdiyini söyləyib:
“Yatıb yuxumuza gəlməzdi ki, bizim vaxtımızda kimsə kimisə məhkəməyə versin. Dahilər də bir-birini məhkəməyə verə bilərdi, amma etmirdilər. Aygün Bəylər istedadlıdır, üzərində işləyir. “Mən sənətkaram” sözünü demək günahdır. Xalq sənin haqqında bunu deməlidir. Sənətkarlar heç öz haqlarında danışmırlar. Heç 40 il sənətdə əməyi olan çıxıb demir “sənətkaram”. Qoy desinlər, istedadlı, gözəl səsi olan müğənni. İndi də “məşhur, görkəmli” deyirlər. Baxırsan cavan qız gəldi”.
Qeyd edək ki, A.Bəylər Röyanın ünvanına "Onun sənəti yoxdur" sözlərini deyib. Qarşı tərəf isə onu məhkəməyə verərək, 50 min təzminat istəyib.