“Şou-biznesin qalmaqallarından çəkinirəm. Primitiv səviyyədə, lazımsız söz-söhbətlər olur. Kimsə-kimdənsə küsür, arxasınca danışır”.
Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Fərhad Bədəlbəyli “ATV maqazin onlarla”ya açıqlamaslnda deyib.Pianoçu sponsorların ancaq məşhur xanımlara dəstək olmasından şikayətlənib:
“Nə qədər yüz minlik saat, 200-300 minlik maşınla reklam olmaq olar? Bunlar bir köpüklük deyil. Sponsorlar ancaq ucuzluq edirlər. Sponsorlar ancaq şou-biznesin gözəl xanımlarını dəstəkləyirlər. Bir rəssamı, sənətkarı dəstəkləmək mədəniyyəti bizdə yoxdur”.