100 maşın qardan Şəhidlərin xatirəsinə bənzərsiz heykəl ucaldıldı - FOTOLAR

100 maşın qardan Şəhidlərin xatirəsinə bənzərsiz heykəl ucaldıldı - FOTOLAR backend

Sarıqamış hərəkatının 103-cü ildönümü ilə əlaqədar Cıbıltəpə Xizək Mərkəzində qardan heykəllərin açılışı olub.

Moderator.az xəbər verir ki, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanın, gənclik və idman naziri Osman Aşkın Bakın da iştirak etdiyi tədbirdə heykəllərin üzərindəki türk bayrağı götürüldükdən sonra qərənfillər düzülüb.

Türkiyənin gənclik və idman naziri mətbuata açıqlamasında belə tədbirlərin keçirilməsinin məqsədinin gənclərə bunu aşılamaq olduğunu bildirib.

“Bu torpaqlarda ilk şəhidimiz Əbul Həsən Harakanidir. Ondan sonra çox şəhid vermişik. 103 il öncə 90 min nəfər Sarıqamışda şəhid olub. Biz çalışırıq ki, bütün bunları gənclərimizə anladaq. Bunun üçün belə tədbirlər keçiririk”,- Osman Bak belə deyib.

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan deyib ki, Sarıqmış şəhidləri təkcə burada deyil, Türkiyənin hər yerində yad edilir, anma mərasimləri keçirilir.

Qeyd edək ki, Cıbıltəpə Xizək Mərkəzində hazırlanan heykəllər üçün buraya 100 yük maşını qar daşınıb. Qardan heykəllərə Qafqaz, Atatürk, İbrahim Çeçen, Bayburt və Muş Alparslan universitetlərindən bir qrup heykəltaraş forma verib.

Xatırladaq ki, Moderator.az-ın baş redaktoru Zülfüqar Hüseynzadə də Qars valisinin dəvəti ilə həmin tədbirlərdə iştirak edir.











Diaspora