Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 9 may Qələbə gününə həsr olunmuş “II Dünya müharibəsində faşizm üzərində Qələbədə Azərbaycanın yeri və rolu” mövzusunda tədbir keçirilib.
Univeristetdən Qaziler.az-a verilən xəbərə görə, tədbiri giriş sözü ilə Universitetin professoru G.Əliyeva-Kəngərli açaraq, İkinci Dünya müharibəsi illərinin bəşəriyyət üçün necə ağır və dəhşətli bir dövr olmasından, Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə göstərdiyi qəhrəmanlıqlardan danışıb. G.Əliyeva-Kəngərli onu da qeyd edib ki, Azərbaycan əhalisi 1 ay ərzində 40 min nəfər səfərbər olub, 4 ilə arxa cəbhə 72 min ton benzin, 952 kiloqram gümüş, xeyli qiymətli kağız və 852 kq qızıl istehsal edib: “Ancaq bəzi yalnış mənbələrdə qızılın miqdarı 15 kq olduğu iddia edilib. 1260 km vaqon uzunluğunda milli diviziya yarandı. 416- cı diviziya Berlinə daxil olan ilk diviziya idi. 40 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.Tələbə Gənclər Təşkilatının üzvləri Qələbə günü ilə bağlı fikirlərini bildiriblər. Onlar veteranları Qələbə günü münasibəti ilə təbrik ediblər, faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycanın uğurlarından danışıblar.
Daha sonra müharibə qəhrəmanlarına həsr olunmuş “Yaşayan tarix” filmi münayiş etdirilib. “Aktyor sənəti” fakültəsinin tələbələri Böyük Vətən müharibəsi illərini andıran hərbi – vətənpərvərlik ruhunda mahnılar və şeirlər ifa etdilər.
Sonda veteranlara xatirə hədiyyələri təqdim olundu.