Molla Nəsrəddin və Nəsrəddin Hoca mövzusunda konfrans keçirilib

Molla Nəsrəddin və Nəsrəddin Hoca mövzusunda konfrans keçirilib backend

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun və Türkiyənin Yunis Əmrə İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə ortaq xalq dəyərləri – Molla Nəsrəddin və Nəsrəddin Hoca” mövzusunda konfrans keçirilib.

Fonddan APA-ya verilən məlumata görə, Yunis Əmrə İnstitutunun Bakı Kültür Mərkəzinin direktoru Ali Cura təmsil etdiyi İnstitutun Türkiyənin tarixini, mədəniyyətini dünyaya tanıdan bir qurum olduğunu bildirib.

Bilik Fondunun aparıcı məsləhətçisi Rauf Həsənov xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin qədimliyindən, türk dünyasının ortaq mədəni dəyərlərindən bəhs edib və bu dəyərlərin qorunub saxlanaraq dünya ictimaiyyətinə çatdırılmasında Yunis Əmrə İnstitutu ilə Bilik Fondunun birgə fəaliyyətindən söz açıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərasim Folkloru şöbəsinin müdiri, professor Ağaverdi Xəlilov, Hacettəpə Universitetinin professorları Özkul Çobanoğlu və Mətin Özarslan, AMEA-nın Mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoy və başqaları konfransın keçirilməsinin əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, yanvar ayında Bilik Fondu, Bakı Slavyan Universiteti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Türkiyənin Yunis Əmrə İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Diaspora