Moderator.az dünya ədəbiyyatının ən çox gəlir qazanan yazıçılarını təqdim edir
Doğrudur, hər ilin sonunda bu siyahı yenidən hazırlanır. Hər hansı yazıçının ilboyu qazandığı gəlir əsas götürülərək, siyahıdakı yeri müəyyənləşdirilir.Lakin biz son beş ildə hər zaman siyahıya liderlik edən yazıçıları təqdim edəcəyik:
Stifen Kinq – Məşhur amerikalı yazıçı, roman və ssenari yazarı, triller, qotik proza və həmçinin də elmi fantastika janrlarında əsərlər yazır. O, «Atıcı», «Qaranlıq güllə», «Günbəz altında», «Sevinc ölkəsi» və bu kimi digər kitabların müəllifidir.
Ceyms Patterson - gəlir - Amerikalı yazıçı triller janrında fəaliyyət göstərir. O, amerikalı psixoloq Aleks Kross və xəfiyyə Maykl Bennet haqqında romanları seriyasının və “Qətl araşdırmalarının qadın klubu” adı altında çıxmış 10 romanın müəllifidir;
Coan Roulinq - 17 milyon dollar - Briyaniyalı yazıçı xanım Harri Potter haqqında romanlar seriyasının müəllifidir, bu kitablar 65-dən çox dilə tərcümə olunub, 2009-cu ildən o, Fəxri Legion Ordeninin kavaleridir.
Canet İvanoviç -Amerikalı yazıçı xanım, sevgi və dedektiv janrda olan romanların müəllifidir. Canetin həyat yolu olduqca kəşməkəşlidir. Universiteti bitirəndən sonra gənc xanım hətta katibə işləməyə də məcbur olmuşdur, belə ki, nəşriyyat evlərinin əksəriyyəti ona imtina cavabı verirdi. Düzdür, sonradan hər şey qaydasına düşür və onun kitabları artıq dərc olunmağa başlayır;
Don Braun – “Da Vinçi şifrəsi” ilə dünya ədəbiyyatına tanınan fantast yazıçı sonradan yazdığı bütün əsərlərlə xeyli gəlir əldə etdi. Don Braunun ssenariçi kimi fəaliyyət göstərməsi ona daha çox pul qazandırdı. “Rəqəmsal qala”, “Mələklər və iblislər” kimi romanları uzun müddət bestseller oldu.