Azərbaycanlı çoban "O səs Türkiyə" müsabiqəsinin ikinci turunda

Azərbaycanlı çoban "O səs Türkiyə" müsabiqəsinin ikinci turunda backend

Səsi ilə tamaşaçılarını heyrətləndirən Pərvin Səfərov yenə İstanbuldadır. "O səs Türkiyə" müsabiqəsində iştirak edən neftçalalı çoban, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o müsabiqənin ikinci turunda iştirak etmək üçün qardaş ölkəyə gedib.

Çəkiliş öncəsi açıqlamağa verməyə icazə olmadığı üçün çəkilişdən sonra ətraflı danışacağını bildirən Səfərov onu sevənlərdən dəstək istəyib.

Xatırladaq ki, Neftçala rayonundan olan çoban Pərvin Səfərov "O səs Türkiyə" vokal yarışındakı çıxışı ilə hər kəsi valeh edib. Onun yarışda ölməz sənətkarımız Rəşid Behbudovun repertuarından ifa etdiyi "Nazəndə sevgilim" mahnısı münsiflərdən Murad Boz, Hadisə və Gökhan Özoğuzu ona tərəf çevrilməyə vadar edib. İştirakçının Türkiyə ləhcəsində oxumamasını irad tutaraq dönməyən Yılldız Tilbə isə Pərvinin səsini və ifasını bəyəndiyini etiraf etməyə məcbur olub.

">
Diaspora