ARB TV-nin "Səhər-səhər” proqramının budəfəki qonağı Əməkdar artist Aygün Bəylər olub.
O, ilk olaraq toy xəbərindən danışaraq, bunun yalan olduğunu etiraf edib:"Mən bir açıqlama edəcəm hamınız şoka düşəcəksiz. Onda gərək ARB mənə güclü qonorar versin. Deməli, mənim ayağım Moskvada tutulmuşdu. Zəng edib dedim ki, ağsayıram, hündürdabanı geyinmək lazımdır. Mən də bunu geyinsəm aləm dəyəcək. Həkim deyir ki, bunu geyinməlisən ki, ayaq düzəlsin. Mən də papaqla nə hündürdaban geyinim? Bildim ki, ələ salacaqlar. Dedim nə edim ki, məni sonra ələ salmasınlar. Pulum yoxdu ki, gündə bir paltar geyinim. Geyindirdilər mənə hündürdabanı. Dedim, mənə pis şeylər deyəcəklər, qoy mən yaxşısını deyim. Hündürdabanı qoydum, adını da qoydum ki, ərə gedirəm. Heç yerdə deməmişəm, partlıyacaq bu”.
Sonda Aygün Bəylər bu xəbərin məhz reklam xarakterli olduğunu da gizlətməyib:
"Artıq utanırdım, ağsaqqalar təbrik edir. Deyirəm, fikir verməyin, şou-biznesə bu lazımdır. Layihə edən bir nəfər mənə dedi ki, bu xəbəri yay hamı yazacaq. Birinci bunu reklam elə. Amma layihə etsən, heç kim yazmayacaq. Dedim, inanmıram. Gopa basdım, əcəb etdim”.