Əməkdar artistdən ittiham: “Efirdə erməni mahnısı səsləndirilir”

Əməkdar artistdən ittiham: “Efirdə erməni mahnısı səsləndirilir” backend

Əməkdar artist Elnur Kərimov “Space” televiziyasını efirdə erməni musiqisi səsləndirməkdə ittiham edib.

Qaziler.az Musavat.com-a istinadən xəbər verir ki, aktyor bildirib ki, “Sevimli mahnı” verilişində Qevorkyanın “Artsax” kompozisiyası səsləndirilib: “Vallah, baxmırdım. Sadəcə eşitdiyim musiqi məni dondurdu. Qevorkyanın “Artsax” kompozisiyası - “Sevimli mahnı” verilişinin ilk musiqisi erməni bəstəkarınındır. Sizə bu musiqinin Azərbaycanındır, deyənin… Telekanalların səhv etmək hüququ yoxdur. “Space” Azərbaycan kinosu ilə məntiqsiz mübarizə aparmaqdansa, telekanalına vaxt ayırsın. Yazardım, özü də nə yazardım. Çox heyf ki, hörmət etdiyim bir insanın o telekanalda adı var”.

Qeyd edək ki, sözügedən mahnı Fikrət Əmirovun “Qarabağ inciləri” ilə səhv salınsa da, tanınmış musiqişünas, Fikrət Əmirovun əsərlərinin tədqiqatçısı Səadət Təhmirazqızı musavat.com-a açıqlamasında səslənən əsərin görkəmli bəstəkara aid olmadığını bildirmişdi: “Həmin musiqini eşitmişəm və bu barədə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz xanımla müzakirələr etmişik. Müzakirələrin sonunda belə qərar gəldik ki, həmin musiqi bəstəkara aid deyil. Sadəcə musiqidə Fikrət Əmirov musiqisinə xas intonasiyalar var. Səslənən melodiyanın kimə məxsus olduğunu isə bilmirik”.
Diaspora