Azərbaycanlı aktyor oğurluğa görə Moskvada saxlanıldı

Azərbaycanlı aktyor oğurluğa görə Moskvada saxlanıldı backend

Moskvanın hüquq-mühafizə orqanlarının əməkdaşları əslən Azərbaycandan olan kinoaktyor Elsevər Cəfərovu 27 milyon rubl (775 min manat) oğurlamaqda şübhəli bilərək saxlayıb.

Qaziler.az-ın Report.az-a istinadən məlumata görə, banklardan birinin Moskva filialının direktoru polisə müraciət edərək gün ərzində bankın əməliyyat sisteminda nasazlıq yarandığını, bundan sonra isə hesabda 27 milyon rubldan (775 min manat) çox məbləğdə kəsir yarandığını bildirib.

İstintaq vəsaitlərin hələlik müəyyənləşdirilməmiş şəkildə bank hesabından oğurlandığını təsbit edib, cinayət işi açılıb.

Ardından hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı Elsevər Cəfərovu saxlayıblar.

Sankt-Peterburqda yaşayan və "Tərəqqi" kinostudiyasında aktyor fəaliyyəti ilə məşğul olan 30 yaşlı şəxs günahını tam şəkildə etiraf edib. Böyük məbləğdə oğurluğun detalları aydınlaşdırılır.
Diaspora