Məşhur türk rejissor seriala çəkdiyi aktyor tərəfindən öldürüldü

Məşhur türk rejissor seriala çəkdiyi aktyor tərəfindən öldürüldü backend

“Çanaqqala yolun sonu”, “Qəribə bir cinayət”, “Ankara ayazı” filmlərinin, “Qanadsız quşlar” serialının rejissoru Mustafa Kamal Uzun evində qətlə yetirilib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, rejissoru qətlə yetirən şəxs filmlərinin birində rol almış aktyor O.A.-dır. Polis tərəfindən saxlanılan aktyor qətlin təfərrüatlarını danışıb:

“Mustafa Kamal Uzunun rejissoru olduğu serialda kiçik rola çəkilmişdim. Dünən kafelərin birində onunla yeyib-içdik. Daha sonra Uzunun evinə getdik. Orada spirtli içki içdik. Mübahisəmiz düşdü və onu bıçaqladım. Sonra başından beyzbol çubuğu ilə vurdum. Mobil telefonunu, pulqabını və avtomobilini götürüb oradan uzaqlaşdım”.

Qeyd edək ki, cəsədi tibbi ekspertizaya göndərəilən Mustafa Kamal Uzun 49 serial və film çəkib. O, bir sıza beynəlxalq mükafatların da sahibidir.

Diaspora