“Mənim vətənim“ xarici tələbələrin təqdimatında

“Mənim vətənim“ xarici tələbələrin təqdimatında backend

Bakı Dövlət Universitetinin (BDU) hazırlıq şöbəsində təhsil alan xarici tələbələrin “Mənim vətənim” adlı tədbiri keçirilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə BDU-nun xarici tələbələrlə iş üzrə dekanı, dosent Gülheyran Rəhimova açıb. G.Rəhimova çıxışında BDU-nun dünyanın bir sıra ali məktəbləri ilə müxtəlif sahələrdə sıx əməkdaşlıgından, xarici ölkə universitetlərinin elm, təhsil, İKT sahəsindəki təcrübəsinin öyrənilməsindən bəhs edib.

Türkiyə, Amerika, Nigeriya, Çin, İrandan olan tələbələr öz ölkələrinin tarixi-görməli yerlərı barədə bir tədris ili müddətində öyrəndikləri Azərbaycan və rus dillərində məlumat verib, ölkələrinin müasir görüntüləri, milli adət-ənənələri haqda təqdimat ediblər.

Tədbir tələbələrin maraqlı musiqi nömrələri ilə başa çatıb.
Diaspora