Bakıda iş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə

Bakıda iş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə backend

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumtəhsil məktəblərində daimi əsaslarla işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı 2 mərhələli müsabiqə keçirir.

İdarədən Trend-ə verilən məlumata görə, müsabiqənin 1-ci mərhələsində ixtisas üzrə test tapşırıqları cavablandırılacaq, 2-ci mərhələsində isə müsahibə təşkil olunacaq.

Müsabiqədə iştirakla bağlı qeydiyyat mayın 1-dən etibarən yekunlaşıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində daimi əsaslarla işləyən müəllimlərin yerdəyişməsi ilə əlaqədar müsabiqənin I mərhələsi (test tapşırıqlarının cavablandırılması) 10.05.2015-ci il tarixdə keçiriləcək.

Müsabiqəyə gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir. Şəxsiyyət vəsiqəsinin əslini təqdim etməyənlər müsabiqəyə buraxılmayacaq.
Diaspora