“Nənəm gəncəlidir” - “Çocuklar duymasın”ın qəhrəmanı+Video

“Nənəm gəncəlidir” - “Çocuklar duymasın”ın qəhrəmanı+Video backend

“Mənim Azərbaycana ilk gəlişimdir. Əslində daha əvvəl gəlməli idim. Amma çəkilişlərdən fürsət tapa bilmirdim. Məlahət xanımın verilişinə qismət imiş”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyənin məşhur aktyoru, “Çocuklar duymasın” serialının qəhrəmanı Tamer Karadağlı Bakıda mətbuat nümayəndələri ilə görüşü zamanı deyib.

T. Karadağlı Azərbaycanla bağlı xatirələrini bölüşüb və nənəsinin yurdu olan Gəncəyə getmək istədiyini bildirib:

“Yaxşı ki, Azərbaycandayam. Bakını çox bəyənmişəm, çox təmiz və gözəldir. Özümü xarici ölkəyə gəlmiş kimi hiss etməmişəm. Elə bil ki, Türkiyədə başqa şəhərə gəlmiş kimi zənn edirəm. Bu, çox özəl bir şeydir. Təbii ki, bura mənim atalarımın torpağıdır. Mənim babam və nənəm Azərbaycanda doğulub. Daha sonra Türkiyəyə köçüblər. Nənəm gəncəlidir, orada qohumlarım yaşayır. Hətta ötən gündən qohumlarımız zəng edirlər. Onları tanımıram, görməmişəm, amma danışmışam. Gəncəyə getmək istəyirəm. Qohumlarımı görmək istəyirəm. Azərbaycanda sevildiyimi bilirdim. Sosial şəbəkələrdə çox mesaj yazırdılar. Amma bu qədər sevildiyimi bilmirdim. Bakıda Tarkan kimiyəm, xəbərim yoxdur. Gəldiyim andan etibarən insanların səmimiyyəti əhvalımın yaxşı olmasına səbəb oldu. Bakıdan Türkiyəyə xatirələrimi aparacağam”.

ATV kanalında yayımlanan “Məlahətli söhbətlər” verilişinin aparıcısı, əməkdar artist Məlahət Abbasova da aktyora proqramına çəkilmək təklifini qəbul etdiyi üçün təşəkkür edib:

“Mənim üçün sevindirici haldır. Tamer Karadağlı digər qonaqlarımdan fərqlənir. Azərbaycanlıdır, heç bir zaman Bakıya gəlməyib. Təklifi qəbul etdiyi üçün təşəkkür edirəm”.



Diaspora