Tamer Karadağlı: “Qismət olarsa, ailə quraram”

Tamer Karadağlı: “Qismət olarsa, ailə quraram” backend

Türkiyənin məşhur aktyoru, əslən azərbaycanlı olan aktyor Tamer Karadağlı Bakıdadır.

Musavat.com xəbər verir ki, ATV-də yayımlanan "Məlahətli söhbətlər" verilişi üçün paytaxta gələn aktyor media nümayəndələri ilə görüşüb.

"Çocuklar duymasın" serialının Haluku Bakı haqqında fikirlərini bölüşüb: "İlk dəfədir ki, Bakıya gəlirəm. Dünən şəhəri gəzmək imkanım oldu. Çox bəyəndim. Vətənimdə olmaqdan məmnunam. Nənəm, gəncəlidir. Qohumlarım zəng edir. Mənimlə görüşmək istəyir. Gəncəyə gedib, onlarla görüşmək istəyirəm. Lakin bu dəfə vaxtım yoxdur".

- Azərbaycanda bu qədər sevildiyinizi bilirdinizmi?

- Azərbaycanda sevildiyimi bilirdim, çünki tez-tez mesajlar gəlir. Amma bu qədər olduğunun bilmirdim. Azərbaycanda Tarkan kimi sevilirmişəm. İnsanların gülərüzü və sevgisi ürəyimi qabartdı.

- Hollivud filmində rol almısınız. Hər aktyorun xəyalı olan bir layihədə rol almaq necə hissdir?

- Hər kəsin xəyalıdır ki, Amerikada film çəksin, çəkilsin. Mənim üçün sevilən işdir. O zaman Türkiyədə “Yağmur zamanı” adlı serial çəkirdim. Film üçün Amerikaya getdim. Gedib-dönüş tarixim bəlli idi. Çəkilişin bitməsinə 2 gün qalmış çox önəmli rejissordan təklif gəldi. Türkiyədə müqaviləm olduğu üçün davam edə bilmədim. Amerikada çalışmaq mənə xoş təsir bağışladı.

- Musiqili Komediya Teatrını ziyarət etdiniz. O səhnədə çıxış etmək istərdiniz?

- Bakıda yalnız 1 teatr yoxdur, Kukla Teatrı, Opera teatrı başqadır. Teatrın çox olması gözəl haldır. Çox bəyəndim Musiqili Komediya Teatrını, o səhnədə çıxış etmək, tamaşa izləmək istəyərdim. Bu dəfə vaxtım olmayacaq. Verilişdə çəkiləcəyəm, görüşmədiyim qohumlarımla görüşəcəyəm. Bakıya uzunmüddətli gələcəyəm, qızımı da gətirəcəyəm. O zaman tamaşa izləyəcəyəm.

- “Çocuklar duymasın” serialında “Taşfırın erkəyi Haluku” canlandırırsınız. Halukla Tamerin xarakterində oxşar cəhətlər var?

- Haluk yanımda “layik” qalır (gülür). Çox mühafizəkar biri deyiləm. Amma barmaqarası tərlik də geyinmirəm.

- 11 yaşlı qızınız var. Ona qadağa qoyursunuz?

- Qızım Ankarada anası ilə yaşayır. Konservatoriyada oxuyur. Anası, aktrisa Arzu Balkan ilə 10 il əvvəl ayrıldıq. Amma dostluğumuz davam edir. Çox yaxşı anadır. Ikimiz birlikdə tərbiyələdiririk. Qadağalar qoymuruq, özü nəyi necə etmək lazım olduğunu bilir.

- Yenidən evlənməyi düşünürsünüz?

- Hazırda evlənməyi düşünmürəm. Amma heç vaxt, heç vaxt deməməyi artıq öyrənmişəm. Qismət olarsa, ailə quraram.
Diaspora