Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyi tərəfindən hazırlanan sənədli film belə adlanır: "Heydər Əliyev dövründə dəmir yolunun inkişaf tarixi". Qurumdan Trend-ə verilən məlumata görə, filmdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə nəqliyyat dəhlizlərinin fəaliyyətinin bərpa olunmasının “Əsrin müqaviləsi” ilə başlanması, 1998-ci il sentyabrın ayında Böyük İpək Yolunun dirçəldilməsinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi, Şərqlə Qərb arasında strateji körpü rolunu oynayan Azərbaycanın əlverişli tranzit əhəmiyyətli dövlət kimi bölgədəki lider statusunu təmin etməsi öz əksini tapıb.
Eyni zamanda, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illərdə Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, 14300 texniki yeniləşmə metodunun tətbiq edilməsi və bunun dəmir yolunun bütün sahələrini əhatə etməsi, onun alternativi olmayan siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirilməsi də tarixi görüntülərlə əksini tapıb.Filmin rejissoru Nadir Əzməmmədov, ssenari müəllifi Vasif Süleymandır.