Azərbaycanın xalq artisti, tanınmış aktyor Fuad Poladov hazırda ev şəraitində müalicəsini davam etdirir.
Bu barədə Modern.az-a danışan sevimli aktyor bir müddət əvvəl müalicə aldığı Milli Onkologiya Mərkəzindən çıxdığını qeyd edib:“Evdəyəm, müalicə alıram. Amma iynə-dərmanın heç bir xeyri yoxdur, özümdə bir irəliləyiş hiss etmirəm. Yanvar ayından bura səsim batıb, heç nə kömək etmir”.
Çox çətinliklə danışan F.Poladov həmkarlarının ona tez-tez baş çəkdiyini bildirib:
“Zəng edirlər, gəlirlər. Amma onların adını çəkmək istəmirəm. Çünki sonra onlara problem olar. İşdən çıxararlar. Həmkarlarımı çətin vəziyyətdə qoymaq istəmirəm”.
Qırtlaq xərçəngindən əziyyət çəkən aktyor yeni mövsümdən etibarən səhnəyə çıxmır.