Azərbaycanın xalq artisti, millət vəkili Zeynəb Xanlarova Milli Məclisin bu gün keçirilən iclasında tanınmış aktyor Rasim Balayevlə bağlı məsələ qaldırıb.
AzVision.az xəbər verir ki, Z.Xanlarova aktyora maddi köməklik edilməsini xahiş edib.“Mədəniyyətimizə töhfə verən Rasim Balayev haqqında danışnmaq istəyirəm. O, elə bir sənətkardır ki, Babəki, Nəsimini filmlərdə canlandırıb. O, dərman almağa pul tapmır. Üzümü Səhiyyə Nazirliyinə, Mədəniyyət Nazirliyinə tutaraq demək istəyirəm ki, ona niyə kömək edilmir?.
Xahiş edirəm, ona kömək etsinlər. Onun aldığı pulun miqdarı nə qədərdir ki?! Pulu çatmır dərmanların hamısını almağa...”
Spiker Oqtay Əsədov isə deyib ki, bu məsələ diqqətdə saxlanılacaq.