“Paramparça” və “Kurtlar vadisi” seriallarının çəkildiyi villa Orta Şərqin iş adamlarının diqqətini çəkib.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, türk serialları yalnız film sektorunda deyil, daşınmaz əmlak sahəsində də ölkə büdcəsinə xeyli gəlir gətirir. Xarici sərmayədarlar seriallarda gördükləri villaları almaq üçün adətən növbəyə düzülüb.Onların arasında daha çox ərəblər üstünlük təşkil edir. “Paramparça” və “Kurtlar vadisi”nin çəkildiyi villanın müştəriləri isə gündən-günə artır. Daha əvvəl rusların da almaq istədiyi bu villaya indi ərəblər namizəddir.
Qeyd edək ki, həmni villa gündəlik 5 min lirəyə (təxminən 2500 manat) kirayə veriliş Malikanə 2003-cü ildən seriallarda, eləcə də reklam çəkilişlərində istifadə olunur.