Hindistanda məhkəmə məşhur kinoaktyor Salman Xanı evsiz insanın ölümündə günahkar bilib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hakimin qərarına əsasən, S. Xan sərxoş halda avtomobili idarə edərkən adam vurub.
Hadisə 2002-ci ilin sentyabrında Mumbai şəhərində baş verib.İrəli sürülən ittihamlara rəğmən, aktyor hadisə baş verən an sükan arxasında sürücünün olduğunu iddia edib.
Məhkəmənin yekun qərarı hələlik açıqlanmır. S. Xanı 10 il müddətinə həbs cəzası gözləyir. Aktyorun qərardan apellyasiya şikayəti verəcəyi, buna görə də məhkəmə prosesinin daha bir neçə il uzanacağı istisna gözlənilir.