Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi backend

Xalq artisti Nuriyyə Əhmədova dünən gecə saatlarında Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Qaziler.az saytı xəbər verir ki, xəstəxanadan APA-ya verilən məlumata görə, xalq artisti hipertoniya və qan dövranının pozğunluğu diaqnozu ilə xəstəxanaya qəbul edilib: “Hazırda vəziyyəti normaldır. Ciddi, narahatlığa səbəb olacaq heç bir şey yoxdur”. Xəstəxanadan əlavə ediblər ki, xalq artisti sabah palataya köçürüləcək.
Diaspora