Azərbaycanlı kino mütəxəssisi beynəlxalq film festivalının münsiflər heyətində

Azərbaycanlı kino mütəxəssisi beynəlxalq film festivalının münsiflər heyətində backend

Noyabrın 7-dən 12-dək Almaniyanın Kottbus şəhərində beynəlxalq film festivalı keçiriləcək.


Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, azərbaycanlı kino mütəxəssisi Səmayə Əsgərova festivala münsif qismində dəvət olunub. O, festivalın 9 ölkədən 10 filmin yer aldığı qısametrajlı bədii filmlərin rəsmi müsabiqə proqramının münsiflər heyətinin üzvü olacaq.

“3Dost” animasiya studiyası və “Azərbaycanfilm” kinostudiyasının beynəlxalq əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışan Səmayə Əsgərova həm də “Cinemazadeh” kinoşirkətində prodüserdir. O, həmçinin bir sıra beynəlxalq film festivallarının Azərbaycan üzrə əlaqələndiricisi kimi fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan istehsalı olan “Nar bağı” bədii filmi də cari ildə adıçəkilən festivalın əsas müsabiqə proqramında yer alıb.
Diaspora