Ofeliya Sənani: "Yetim qaldıq"

Ofeliya Sənani: "Yetim qaldıq" backend

Məşhur televiziya aparıcısı Ofeliya Sənani xalq artisti Rafiq Hüseynovun ölümündən danışıb.

Musavat.com xəbər verir ki, o, xalq artistinin ölümünü böyük itki adlandırıb:

"Biz diktorlar yetim qaldıq. Ona ehtiyacımız vardı. O, xəstə ola-ola bizə məsləhətlər verirdi, dəstək olurdu. Pis günümüzdə deyirdi ki, özünüzü ələ alın, bu günlər ömürlük deyil. Rafiq bəy gözəl səsə malik idi. O əvəzolunmaz diktor idi. Heç kim inciməsin, Rafiq kimi diktor olmayacaq. Ona Moskvadan təkliflər gəlirdi. Ev, yaxşı maaş verirdilər. Amma o razılaşmadı. Dedi ki, Azərbaycan kənarda yaşaya bilməz.onun haqqında danışmaq mənim üçün çox ağırdır. Ölümü ilə barışa bilmirəm".

Qeyd edək ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutan mərasim saat 10:00-da başlayıb və 12:00-dək davam edəcək.

Xalq artistinin son görüşünə sənət dünyasının tanınmış simaları və ailə üzvləri qatılıb.

Mərhum II Fəxri xiyabanda dəfn olunacaq. Onun yas mərasimi isə Heydər məscidində keçiriləcək.

Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.
Diaspora