“Diriliş Ertuğrul” serialının qəhrəmanı Engin Altan Düzyatanın seriyabaşı aldığı qonorarın miqdarı bəlli olub.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, aktyorun hər seriyaya görə 150 min lira (təxminən 75 min manat) aldığı üzə çıxıb. Bununla da Engin ən çox qazanan aktyorlar sırasına daxil olub.Üstəlik, mövsümün sonunda serialdan ayrılacağı üçün Düzyatan artıq yeni layihələrlə bağlı da görüşlər keçirir. Onun televizya kanallarından biri ilə razılığa gəldiyi, rol alacağı yeni layihəsindən isə həftəyə 250 min lirə qazanacağı deyilir.