Azərbaycan Təbrizdə təşkil olunan beynəlxalq kitab sərgisində təmsil olunub.
Qaziler.az APA-ya istinadən xəbər verir ki,, sərgidə Milli Kitabxananın direktor müavini Mələk Hacıyeva, “Apostroff” nəşriyyatından Akif Dənzizadə, “Parlaq imzalar” nəşriyyatından Nurman Tarik iştirak edib.Azərbaycan kitablarının nümayişi üçün stend sahəsi və avadanlıqları, həmçinin iştirak xərcləri təşkilat komitəsi tərəfindən təmənnasız təmin edilib.
Sərgidə İrandan başqa Türkiyə, Livan, Pakistan, İrak və s. olmaqla 21 xarici ölkə iştirak edib. Azərbaycan Təbriz Kitab Sərgisinə ilk dəfə qatılıb.
Sərgi müddətində dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə həsr olunmuş kitablar nümayiş olunub.
125 xarici, 980 İran naşirinin iştirak etdiyi sərgi 6 500 000 adam tərəfindən ziyarət olunub.