İlqar Əlfi 30 il sonra bir sirrin üstün açdı – “Dalğa” velişi ilə bağlı FOTO

İlqar Əlfi 30 il sonra bir sirrin üstün açdı –  “Dalğa” velişi ilə bağlı FOTO backend

Tanınmış jurnalist İlqar Əlfi vaxtı ilə aparıcısı olduğu “Dalğa” verilişi ilə bağlı çox maraqlı və sirli məqamları açıb.

QAZİLER.AZ saytı xəbər verir ki, İlqar Əlfi bu barədə özünün facebook səhifəsində yazıb. Həmin statusu təqdim edirik:

“Dalğa” verilişi artıq bir il idi ki, efirə çıxırdı...Bir dəfə rəhmətlik Elşad Quliyev dedi kİ, “veriliş əvvəlki kimi əks-səda yaratmır, nə edək? Tənqidi materiallar azalıb”.

Dedim ki, Elşad müəllim, mən də daxil olmaqla, aparıcıları dəyişmək lazımdır, axı ildə bir dəfə.

Dedi: “Aparıcılarımız yaxşıdır axı, bircə-bircə seçmişik”.

Dedim: “Əgər sərt tənqidi süjetlər istəyirsinizsə, bundan başqa əlac yoxdu. Kəskin materialların azalmasının iki səbəbi var: Birincisi, ilk verilişlərim efirə çıxanda, vəzifəli məmurların heç birini tanımırdım, indi hamısını tanıyıram, əksəriyyətilə dostlaşmışam, çörək kəsmişəm; ikincisi, bu adamlarla camaata əziyyət verən problemləri dostyana müzakirə edirik, görürəm ki, əksəriyyətinin obyektiv səbəbləri var... Beləliklə, tənqid azalır, çünki, məsələyə vaqif olandan sonra, abırlı adam diletantcasına tənqid etməkdən utanır, sizin aparıcılar da, Allaha şükür, hamısı abırlıdı...”

Gülüb dedi ki, yaxşı, get verilişini hazırla...

Allah sənə rəhmət eləsin, Elşad müəllim - yüz il sərasər sənə rəhmət oxusam, yorulmaram, bir nömrəli rəhbər idin, vallah!!!”

Xatırladaq ki, “Dalğa” verilişi ilk dəfə 1987-ci ilin dekabrında efirdə yayılmağa başlayıb. Geniş tamaşaçı auditoriyası toplayan proqramın ilk aparıcıları tanınmış jurnalistlər İlqar Əlfi, Nadejda İsmayılov, Osman Mirzəyev, Yusif Bağırov olublar.



Diaspora