Mayın 8-i saat 19:00-da Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında gənc rejissor Amil Məmiyevin “Qara bağ”, Ayşad Səfərəliyevin “İnikas” qısametrajlı bədii filmlərinin təqdimatı keçiriləcək.
Amil Məmiyevin Axar.az-a verdiyi məlumata görə, həmin filmlər Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin (VQİK) məzunu olan hər iki gəncin diplom işləri kimi istehsal edilib.“Qara bağ” filminin ssenari müəllifi Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
“İnikas” filminin ssenari müəllifi Ayşad Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Qeyd edək ki, “İnikas” filmi “IV Qırğızıstan - Qısametrajlı Filmlər Ölkəsi” Beynəlxalq Film Festivalında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.