İşdən çıxarılan aktyor: “Mən dövlətə qarşı hansısa çıxış etməmişəm”

İşdən çıxarılan aktyor: “Mən dövlətə qarşı hansısa çıxış etməmişəm” backend

Dünən Akademik Milli Dram Teatrında oynanılan “Almaz” tamaşasında Əməkdar artist, aktyor Ayşad Məmmədovun yerinə tamaşaya başqa aktyor çıxarılıb.

Qaziler.az-ın xəbərinə görə, Ayşad Məmmədov Kulis.az-a açıqlamasında bildirib ki, oktyabrın 17-də “Almaz”da Ocaqqulunu oynamalı ikən, truppa müdiri zəng edib, onun yerinə Ramin Şıxəliyevin səhnəyə çıxacağını deyib: “Mən işdən azad olunmağım haqda ərizə yazmışam, amma bunu istəmədən yazmışam. Rəhbərliyə də demişəm. Onlar da nəzərə alacaqlarını deyiblər. Amma hər hansı bir əmr olmadan rollarımı bölüşdürüblər. “Qətibə İnanc”da məşq etdiyim Sultan Toğrul rolunu da başqa aktyora - Kazım Abdullayevə veriblər. Mən öz işini də, dövlətini də sevən adamam və dövlətə qarşı hansısa çıxış etməmişəm”.
Aktyorun mitinqdə iştirakına görə işdən çıxarıldığı iddia edilir.
Diaspora