QAZİLER.AZ saytı xəbər verir ki, oktyabrın 22-də xalqımızın dəyərli oğlu, uzun Müddət Təhlükəsizlik Nazirliyində çalışmış zabit, Qarabağ müharibəsi iştirakçısı, gözəl qələm sahibi İlham İsmayılın 60 illik yubileyidir.
Bu münasibətlə Qarabağ və Əfqanıstan müharibəsi iştirakçısı, ehtiyatda olan kapitan, rəssam Tərlan Eyvazov xalqımızın dəyərli oğlu İlham İsmayılın kətan üzərində, yağlı boya ilə, 60X80 ölçüdə portretini işləyib.T.Eyvazov portreti özünün facebook səhifəsində paylaşıb və İ.İsmayıla ürək sözlərini yazıb!
QAZİLER.AZ saytı da əziz və dəyərli dostumuz İlham İsmayılı təbrik edir! Ona uzun ömür, can sağlığı və canı qədər sevdiyi azad Qarabağda yaşamağı arzulayır!
Qeyd edək ki, bu silsilədən T.Eyvazovun birinci işi deyil. O, buna qədər də xalqımızın bir neçə dəyərli insanlarının portretini çəkib, onlara və ailələrinə hədiyyə edib.
Kollektivimiz adından bu təmənnasız işinə görə Tərlan Eyvazaova öz minnətdarlığımızı bildiririk!