Əməkdar artist Ayşad Məmmədov Akademik Milli Dram Teatrındakı işindən azad olunub.
Teatrdan APA-ya verilən məlumata görə, aktyor işdən öz ərizəsi əsasında çıxarılıb.“Aktyor bu barədə teatr rəhbərliyinə müraciət edib və rəhbərlik onun istəyini qəbul edib. Ayşad Məmmədovla bağlanmış əmək müqaviləsinə xitam verilib”, - deyə teatrdan bildirilib.