Tanınmış aktyor Dmitri Maryanov 47 yaşında dünyasını dəyişib.
Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, aktyorun ölümü ilə bağlı məlumatı KİV-ə mətbuat katibəsi Alevtina Kunqurova yayıb. Dmitrinin ölüm səbəbi tibbi ekspertizadan sonra müəyyənləşdiriləcək.Qeyd edək ki, Maryanovun halı qəfil pisləşdiyindən dostları təcili yardımın gəlməsini gözləmədən özləri onu xəstəxanaya çatdırmaq istəyiblər. Lakin aktyor yolda keçinib.
Xatırladaq ki, Dmitri Maryanov ilk roluna 1986-cı ildə “Göy qurşaqlarından yuxarı” filmində çəkilib. O, tamaşaçılara “radio günü”, “Qrafiniya de Monsoro”, “Atalar” filmlərindən tanışdır. Maryanov eyni zamanda teatr aktyrou olub.