Daha bir həmyerlimiz ifası ilə "O səs Türkiyə"də münsifləri heyran edib.
Axşam.az xəbər verir ki, bu, bir müddət əvvəl məlahətli səsi və peşəkar ifası ilə sosial şəbəkələrdə məşhurlaşan, çoban olduğu bildirilən Neftçalanın Qaçaqkənd sakini Pərvin Səfərovdur.Pərvin yarışmada “Nazəndə sevgilim” mahnısını ifa edib.
Səfərovun ifasını bəyənən Hakan, Hadisə və Murad ona tərəf dönüblər. Digər münsif, Yıldız Tilbe də Pərvinin səsini bəyəndiyini, sadəcə təmiz türk dilində oxumadığı üçün ona tərəf dönmədiyini bildirib.
Verilişin aparıcısı Acun İlıcalı Pərvinin Azərbaycanda çobanlıq etdiyi barədə hər kəsə məlumat verib və və onu məşhurlaşdıran videonu ekranda nümayiş etdirib.