Azərbaycanın müstəqillik və azadlıq şəhidlərinin simvollarından biri sayılan İlham və Fərizə haqqında “Ferize (kanlı yanvar)” romanının müəllifi, türkiyəli yazar Yurtsevən Şən Bakıdadır.
Bu barədə 20 yanvar şəhidləri İlham və Fərizə ailəsinin üzvü, İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev QAZİLER.AZ saytına məlumat verib.Onun sözlərinə görə, Yurtsevən Şən Azərbaycana Bakıda keçirilən Beynəlxalq Kitab Sərgisində iştirak etmək üçün gəlib. O, “Zengin Yayımçılıq” nəşriyyatının məhsullarını sərgiyə gətirib.
“Mən sərgiyə gedərək Yurtsevən Şənlə görüşdüm. Bu romanı yazdığına və nəşr etdiyinə görə ona ailəmiz adından minnətdarlığımı bildirdim.”-, deyə E.Alalhverdiyev deyib.
QAZİLER.AZ