Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycanın tanınmış kinorejissoru Nicat Feyzullayev vəfat edib.
Trend xəbər verir ki, böyük sənətkarlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın yadigarı olan Nicat müəllim əsl ziyalı anlayışına cavab verən insanlardan idi.1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda oxumuşdur. Lakin yaradıcılıq mühitində boya-başa çatmış Nicat Feyzullayev taleyini uşaqlıqdan istədiyi kinematoqrafla bağlamağa qərarlaşır və bu istəık onu Leninqrad Dövlət Teatr,Musiqi və Kinematoqrafiya
institutuna gətirir. 1970-ci idən "Azərbaycanfilm" kinostudiyasında çalışan N.Feyzullayev bir neçə bədii, bir sıra sənədli filmlərin quruluşçu-rejissoru, ssenari müəllifi idi. Və hər hansı filmi olursa olsun – istər, "Toy", "Yaşa, qızıl balıq", "Küçələrə su səpmişəm", istərsə də "Anaya məktub" (1980), "Şirvanda izim qaldı", "Azərbaycan rəngkarlığının kraliçası" və s. filmlərində sənətkarın öz qələmi, öz dəst-xətti duyulur.
Allah rəhmət eləsin.