Gənc Tamaşaçılar Teatrı növbəti beynəlxalq festivala hazırlaşır

Gənc Tamaşaçılar Teatrı növbəti beynəlxalq festivala hazırlaşır backend

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabrın ayında sayca 3-cü beynəlxalq teatr festivalında iştirak edəcək.


Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 4-dən 9-dək Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək “ Mariya” Beynəlxalq Monotamaşalar Festivalında Azərbaycan və Kalmıkıyanın Əməkdar artisti Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” monotamaşası ilə ölkəmizi təmsil edəcək. Festivalda Azərbaycan və rus dillərində oynanılacaq səhnə əsəri indiyədək İran, Türkiyə, Moldova, Rusiya, Ukrayna və digər ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında bir sıra mükafatlara layiq görülüb.

Dünyanın müxtəlif ölkələrinin, Polşa, İspaniya, Slovakiya, Türkiyə teatr kollektivinin iştirak edəcəyi Beynəlxalq “Mariya” Monotamaşalar Festivalı çərçivəsində müsabiqələr, sərgilər , elmi konfranslar, ustad dərsləri və yaradıcılıq görüşləri keçiriləcək.

Festivalın məqsədi teatr xadimlərini, ədəbiyyat adamlarını, dramaturqları, musiqiçiləri bir araya gətirərək mədəni dialoqa xidmət etməkdir. Şövqü Hüseynov həmçinin festivalın “Mədəniyyətin möcüzəsi” adlı beynəlxalq konfransında Azərbaycan teatrının inkişafı və “Avropa və Ukrayna” teatrlarının əməkdaşlığına həsr olunan “dəyirmi masa”da iştirak edəcək.
Diaspora