Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi yeni mövsümü Anton Çexovun “Vanya dayı” tamaşası ilə açacaq.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov məlumat verib.
Bildirilib ki, rus ədəbiyyatının görkəmli nümayəndəsi A.Çexovun “Vanya dayı” pyesi əsasında hazırlanan eyniadlı tamaşa sentyabrın 16-da teatrsevərlərə təqdim olunacaq.
Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlovadır. Tamaşada əsas rolları Xalq Artisti Alim Məmmədov, Əməkdar artistlər Ramiz Vəliyev, İlham Hüseynov, Novruz Cəfərov, aktrisalar Rəhilə Məmmədova, Kəmalə Məmmədova, Sevinc Hüseynova və aktyor Mətləb Təhmazi ifa edəcəklər.
Yaradıcı kollektiv, həmçinin sentyabrın 17-də Ş.Mehdiyevin “Sabir” tamaşası ilə də teatrsevərlər qarşısında çıxış edəcək.