Aktyorun evi qarət edildi

Aktyorun evi qarət edildi backend

Moderator.az xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimovun qardaşının evi qarət olunub.

Hadisə barədə məlumat verən aktyor bunları deyib və media nümayəndələrindən məsələnin ictimailəşdirilməsində ona kömək etməyi xahiş edib:

"Dostlar, bu gün qardaşım oğlunun qız toyu idi. Evə gəlib gördük ki, pəncərəni sındırıb evə giriblər və bütün pulları, qızılları oğurlayıb aparıblar. Ayın 18-də toy üçün bütün aldıqlarımız oğurlanıb.

Televiziyalar və saytlar, xahiş edirəm ki, mənə kömək edin, hadisəni işıqlandırın".
Diaspora