Sentyabrın 7-dən 10-dək Rumıniyanın paytaxtı Buxarestdə “Bir dünya” adlı səfirliklər festivalı keçiriləcək. Tədbirdə Azərbaycan filmləri də nümayiş etdiriləcək.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, dörd gün ərzində paytaxt sakinləri “CinemaPro” kinoteatrında Azərbaycan istehsalı olan “Niyyət” və “Qırmızı bağ” filmlərinə baxa biləcəklər.
Artıq 3-cü dəfə təşkil olunan festivalda Rumıniyada akkreditə olunan 50-dən çox ölkənin səfirliyi iştirak edəcək. Festival çərçivəsində hər bir ölkə öz mədəniyyətini, musiqisini, incəsənətini, turizm imkanları və mətbəxini təbliğ etmək imkanı qazanacaq.