Dərbənddə azərbaycanlı şairə heykəl qoyulub

Dərbənddə azərbaycanlı şairə heykəl qoyulub backend

Dərbənd şəhərindəki “Bayat-Qapı”da məşhur Azərbaycan şairi Qumri Dərbəndlinin abidəsinin təntənəli açılışı olub.


Jurnalist Telman Tahirlinin Lent.az-a verdiyi məlumata görə, tədbirdə Dərbənd şəhərinin başçısı Malik Baqliyev, Dərbənd rayon administrasiyasının başçısı Məhəmməd Cəlilov, Cümə məscidinin axundu Seyid Haşım Mirteyubov, Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov, Dərbənd Qoruq muzeyinin direktoru Əli İbrahimov, ictimai palata üzvü Şumi Şabatayev, “Dədə Qorqud” təşkilatının sədri Rafiq Mövsümov, ağır atletika üzrə Dünya çempionu Abı Cavadov, Dərbənd azərbaycanlıların milli –mədəni muxtariyyatının sədri Telman Tahirli, şairin nəticəsi Sabir Qumriyev, Qumri – meydanın sakini Baba Qəzənfərov, şairlər, jurnalistlər, şəhər icması iştirak ediblər.

Açılış mərasimində Azərbaycan Dövlət Dram teatrının artistləri proqramla çıxış ediblər. Qumrinin şerlərininə həsr edilmiş mahnılar oxunub.

Tədbirdə çıxış edən Dərbənd şəhərinin başçısı Malik Baqliyev Qumri Dərbəndlinin abidəsinin açılışı ilə bağlı dərbəndliləri təbrik edib və abidənin ərsəyə gəlməsinə görə, Şumi Şabatayevə minnətdarlığını bildirmişdir. Tədbirin sonunda sakinlər abidənin önünə gül çiçək dəstələri qoyublar. Onu da qeyd edək ki, abidəni heykəltəraş Akif Abbasov hazırlayıb.
Diaspora