Nazirlik müsabiqə elan edib

Nazirlik müsabiqə elan edib backend

Mədəniyyət və Turizm Nazirliyi "Ən yaxşı sosial çarx ssenarisi" müsabiqəsi elan edib.

Nazirlikdən bildirilib ki, müsabiqədən məqsəd Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərləri, o cümlədən folklor, adət-ənənələr, vətənə və torpağa məhəbbət, tolerantlığını və başqa mənəvi keyfiyyətləri özündə əks etdirən rəvayət, əfsanə və əsatirlər əsasında sosial çarxların çəkilməsində istedadlı şəxsləri əməkdaşlığa cəlb edərək onların yaradıcılıqlarına dəstək verilməsidir.

Qaziler.az qhtxeber.az-a sitinadən məlumat verir ki, mayın 1-dən iyunun 15-nə kimi davam edəcək müsabiqədə yaş məhdudiyyəti yoxdur və bir müəllif bir neçə ssenari ilə də iştirak edə bilər.

Müsabiqənin qaliblərinə pul mükafatı və diplomlar veriləcək.

Birinci yer üçün 1500, ikinci yer üçün 1000, üçüncü yer üçün 700 manat və hər biri 500 manat olmaqla üç həvəsləndirici mükafatdan ibarət mükafat fondu müəyyən olunur.
Müəlliflər ssenarilərini Mədəniyyət və Turizm Nazirliyinə (Hökumət evi, 4-cü giriş qapısı, 1-ci mərtəbə, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi) təqdim etməlidir.(salamnews)

Qaliblərin adları iyul ayının 1-dək nazirliyin www.mct.gov.az saytında və «Mədəniyyət» qəzetində açıqlanacaq.
Diaspora